Azərbaycan paralimpiyaçıları Zaqrebdə çempion oldular

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri Bəhruz Mirzəyev və Sona Ağayeva Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında qızıl medal qazanıblar.

Komanda.az xəbər verir ki, bununla komandamızın medal sayı üçə çatıb. Daha öncə digər idmançımız Orxan Kərimov yarışın bürünc medalını qazanmışdı.

İdmançılarımıza dəstək vermək üçün Azərbaycan Respublikasının Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov da bügünkü oyunları komanda üzvləri ilə birlikdə izləyib.

Beləliklə Azərbaycan milli komandasının üç üzvü Paris-2024 Yay Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb. Onlar sabah vətənə qayıdacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button