Azərbaycan millisinin oyunlarının təqvimi dəyişdi – Belarusa görə

19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, buna səbəb ölkəsinin hava məkanı uçuşlar üçün qapalı olduğuna görə, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməməsidir. Nəticədə, 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə üğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq.

Azərbaycan millisi ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan həmyaşıdlarına qarşı keçirəcək. Təqvimin dəyşməsi millinin səfər planlarına da təsir edib. U-19 əvvəlcədən planlaşdırıldığı kimi, martın 14-də deyil, bir gün sonra səfərə yollanacaq, Bakıya isə ayın 19-da dönəcək.

17 mart
Azərbaycan – Xorvatiya

Karlovac şəhəri. Mladost Arena. Saat 20:00

18 mart
Latviya – Azərbaycan

Karlovac şəhəri. Mladost Arena. Saat 20:00

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button