Azərbaycan millisinin Moldova ilə sınaq matçının tarixi dəyişdirildi

Futbol üzrə Moldova və Azərbaycan milli komandaları arasında iyunun 5-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununun vaxtı dəyişdirilib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Kişinyov şəhərində keçiriləcək bu qarşılaşma 1 gün sonra – iyunun 6-da təşkil olunacaq. Bununla bağlı Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əldə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button