Azərbaycan millisi Maltaya məğlub oldu

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Azərbacan yığması Malta ilə qarşılaşıb. Şimali İrlandiyada keçirilən oyunda hesabı yığmamız açıb. Amma qalan dəqiqələrdə iki qol vuran maltalılar əzmkar qələbəyə sevindilər.

Azərbaycan millisi ilk oyununda Farer adalarına 2:0 hesabı ilə qalib gəlib. 

Avropa çempionatı, seçmə mərhələ

9 aprel

Azərbaycan – Malta 1:2
Qol: Pərvin Səfərəliyeva, 1 – Keyli Villis, 62. İllena Faruciya, 69.
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mkmaster (Şimali İrlandiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button