Tokio-2020: Azərbaycanın daha bir təmsilçisindən vida

Azərbaycan millisinin daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə mübarizə aparan Anna Basta ilk döyüşündə amerikalı En-Elizabet Stounla üz-üzə gəlib. Rəqibinə 15:9 hesabı ilə qalib gələn Basta 1/8 finala yüksəlib.

Basta 1/8 finalda rusiyalı Olqa Nikitina ilə qarşılaşıb. O, rəqibinə 13:15 hesabıyla uduzub və Tokio-2020 ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button