Azərbaycan millisinin 100000 avroluq yarış üçün heyəti açıqlandı

Şahmat üzrə Azərbaycan millisinin martın 27-də Sloveniyada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 6-dək davam edəcək çempionatda 15 şahmatçı mübarizə aparacaq. Onlardan 14-ü kişi, 1-i isə qadın qrossmeysterdir.

Yarışda Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli, Riyad Səmədov, Gövhər Beydullayeva, Toğrul Həsənzadə və Şahin Vəliyev qüvvəsini sınayacaq.

İsveçrə sistemi üzrə təşkil olunacaq Avropa çempionatı 11 turdan ibarət olacaq. Turnirin ümumi mükafat fondu 100000 avro təşkil edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button