Azərbaycan millisi Türkiyəyə yenə uduzdu

Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, bu komandalar arasında sentyabrın 3-də keçirilmiş ilk oyun da Türkiyə millisinin 4:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button