Azərbaycan millisi Türkiyəyə məğlub oldu

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, komandamız Türkiyə yığması ilə qarşılaşıb.

“Dalğa Arena”da baş tutan görüş millimizin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. U-17-nin yeganə qolunu İbrahim İbrahimli vurub.

Sentyabrın 6-da bu komandalar arasında daha bir oyun keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button