Azərbaycan millisi Sloveniyaya ikinci oyunda da uduzdu

Sloveniyada təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, sloveniyalı yaşıdları ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.

Millimizin heyətində Nəriman Axundzadə fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş də 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button