Azərbaycan millisi Slovakiyaya qalib gəldi

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün futzal üzrə Azərbaycan milli komandası Slovakiya yığması ilə qarşılaşıb. 

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşma saat 18:00-da başlayıb.

COVİD-19 pandemiyası ilə əlaqədar azarkeşlər və media üçün qapalı olan oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanıb. Beş qolun qeydə alındığı görüş millimizin inamlı qələbəsiylə yekunlaşıb.

29 yanvar

Futzal, Avropa çempionatının seçmə mərhələsi

Azərbaycan – Slovakiya 4:1
Qol
: Bolinya, 5. Qalo, 38. Xətai Bağırov, 40. İsa Atayev, 40 – Tomaş Drahovski, 15.

Hakimlər: İrina Velikanova (Rusiya), Yuri Neverov (Rusiya), Hikmət Qafarlı (Azərbaycan)
Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan)
Hakim-inspektor: Edi Sunjic (Xorvatiya)
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button