Azərbaycana millisi Serbiyaya da məğlub oldu

Bu gün DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turuna start verilib.

Komanda.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması da növbəti oyununa bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Serbiya yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Azərbaycan yığması bunadək qrupda bir oyun keçirmişdi. Milli Portuqaliyaya 0:1 hesabıyla uduzmuşdu. İki oyun keçirən Serbiya millisi ilə qrupun lideri idi. Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda ilk matçda İrlandiyanı 3:2 hesabıyla məğlub edib, ikinci oyunda isə Portuqaliya ilə qollu bərabərə qalmışdı – 2:2.

Üç qolun qeydə alındığı bu oyunda da qələbəni serblər bayram ediblər. Millimiz doğma meydandakı ilk matçdan 1:2 hesabıyla məğlub ayrılıb.

DÇ-2022, seçmə mərhələ

30 mart

A qrupu

Azərbaycan – Serbiya 1:2
Qol
: E.Mahmudov, 59-pen – A.Mitroviç, 16; 81.
Baş hakim: Roy Reynşreyber (İsrail)

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov, 9. Əli Qurbani, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sertan Taşqın, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 21. Coşqun Diniyev, 22. Toral Bayramov.
Baş məşqçi: Canni De Byazi

Serbiya: 12. Predraq Raykoviç, 2. Strahinya Pavloviç, 5. Uroş Spayiç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel. 9. Aleksandar Mitroviç, 10. Duşan Tadiç (k), 13. Stefan Mitroviç, 17. Filip Kostiç, 20. Sergey Milinkoviç-Saviç.
Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Corce Nikoliç, 3. Marko Petkoviç, 4. İvan İliç, 1. Luka Yoviç, 14. Andriya Jivkoviç, 15. Nenad Krstiçiç, 16. Saşa Lukiç, 18. Duşan Vlahoviç, 19. Mixailo Ristiç, 21. Duriçiç, 22. Marko Qruyiç.
Baş məşqçi: Draqan Stoykoviç.

Lüksemburq – Portuqaliya 1:3
Qol
: J.Rodriqes, 30 – Jota, 45+2. Ronaldo, 51. Palinya, 80.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button