Azərbaycan millisi seçmə mərhələdə ardıcıl üçüncü dəfə məğlub oldu

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü məğlubiyyətini alıb.

Komanda.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda Gürcüstan yığmasına uduzub.

Xorvatiyanın Luçko şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub. 90+3-cü dəqiqədə Aysu Əsədova qırmızı vərəqə alaraq meydanda qovulub.

U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button