Azərbaycan millisi Rusiya, İran və Qazaxıstanla qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup 2019” beynəlxalq turnirində iştirak edəcək.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 22-dən 25-dək keçiriləcək turnirdə Azərbaycan millisi Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.

Turnir çərçivəsində Azərbaycan ilk oyununu Rusiyaya qarşı keçirəcək:

22 sentyabr
Saat 13:00 Qazaxıstan – İran
Saat 15:30 Rusiya – Azərbaycan

23 sentyabr
Saat 16:00 İran – Azərbaycan
Saat 18:00 Qazaxıstan – Rusiya

25 sentyabr
Saat 15:00 Azərbaycan – Qazaxıstan
Saat 17:30 Rusiya – İran

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button