Azərbaycan millisi Qazaxıstana məğlub oldu

Futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Joze Alesio da Silvanın rəhbərlik etdiyi millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.

Aktaudakı “Halyk Arena”da baş tutan matçı yerli hakimlər Talqat Kosmukhambetov, Turekhan Tursumbayev və Roman Dzusov idarə ediblər.

Qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən qolları 7-ci və 16-cı dəqiqələrdə Ramiz Çovdarov, 12-ci dəqiqə isə Rafael Vilela vurub.

Bu komandalar arasında növbəti oyun sentyabrın 20-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button