Azərbaycan millisi ilə oyuna yeni futbolçu dəvət olundu

UEFA Millətlər Liqasının C Divizionunun ilk turunda Azərbaycan milli komandasını qəbul edəcək Qazaxıstan yığmasına yeni futbolçu çağırılıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Məhəmməd Adiyev “Aktobe”nin müdafiəçisi Alibek Kasıma dəvət göndərib.

Rusiyalı mütəxəssis 23 yaşlı oyunçunu 2 gün öncə açıqladığı ilkin heyətdən kənarda qoysa da, sonradan onun xidmətinə ehtiyac duyub. Kasım bu mövsüm ölkə çempionatında 10 oyun keçirib və 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb.

İyunun 3-də paytaxt Nur-Sultandakı “Astana Arena”da baş tutacaq Qazaxıstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button