
Azərbaycan millisi bu gün Macarıstanla qarşılaşacaq
Azərbaycanın qadın futbolçulardan ibarət yığması bu gün DÇ-2027-nin seçmə mərhələsində növbəti matçını keçirəcək.
Komanda.az əbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası səfərdə Macarıstan millisi ilə üz-üzə gələcək.
Qarşılaşma Felksutdakı “Panço Arena”da, saat 17:30-da start götürəcək. Görüşü Portuqaliyadan olan baş hakim Filipa Pereyra Kunya idarə edəcək.
Milli seçmə mərhələdəki ilk görüşündə Şimali Makedoniya üzərində 2:0 hesablı qələbə qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



