
Azərbaycan millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Bakıda təlim məşq toplanışına start verəcək.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Miloş Velebitin baş məşqçi olduğu yığma avqustun 20-dən 26-dək Bosniya və Herseqovinada hazırlıq prosesində olacaq.
U-19 avqustun 23-də və 25-də Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
| N. | SOYADI / ADI | KLUB |
| 1 | Məlik-Yeqanov Vaqif | Qarabağ |
| 2 | Həsənov Sahib | Şamaxı |
| 3 | Kazımov Rəvan | Neftçi |
| 4 | Abbasov Rüfət | Neftçi |
| 5 | Süleymanlı Ayxan | Sumqayıt |
| 6 | Ramazanov İbrahim | Qəbələ |
| 7 | Rüstəmov Emin | Səbail |
| 8 | Rəşidov Nuğay | MOİK |
| 9 | Məmmədov Musa | Qarabağ |
| 10 | Abdullayev Firəddin | Sabah |
| 11 | Bədizadə Ayxan | Səbail |
| 12 | Agayev Samir | Qəbələ |
| 13 | Mikayılov Həmzəalı | Sabah |
| 14 | Quliyev Nicat | Sabah |
| 15 | Şahniyarov Şahin | Qəbələ |
| 16 | Adilxanov Edgar | Şamaxı |
| 17 | Kərimov Cavad | Kəpəz |
| 18 | Məmmədov Elcan | Səbail |
| 19 | Ağayev Mahmud | Zirə |
| 20 | Axundzadə Nəriman | Qarabağ |
| 21 | Musayev Nurlan | Neftçi |
| 22 | Səfərov Qurban | Şamaxı |
| 23 | Ağayarov İbrahim | Qarabağ |
| 24 | Salyanski Ağadadaş | Neftçi |
| 25 | Şəfiyev Sadiq | Turan Tovuz |
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



