
Azərbaycan millisi 1/4 finala yüksəldi
Azərbaycanın 3×3 basketbol millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin 1/4 finalına yüksəlib.
Komanda.az xəbər verir ki, Fəvvarələr Meydanında baş tutan yarışda yığma qrupda ikinci yeri tutub.
B qrupunda yer alan kollektiv ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippinə qalib gəlib – 21:14.
Azərbaycan millisi sabah 1/4 finalda “Rapid” (Rumıniya) klubu ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



