Kipr – Azərbaycan matçının stadionu bilindi

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında rəqiblərindən olan Kipr yığmasının ev oyunlarını keçirəcəyi stadion məlum olub.

Komanda.az xəbər verir ki, Yohan Valemin rəhbərlik etdiyi komanda ev oyunlarını Nikosiyadakı GSP stadionunda keçirəcək. Bu barədə “Protathlima” nəşri məlumat yayıb.

Azərbaycan millisi Millətlər Liqasında C Liqasının 1-ci qurupunda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq. Millinin Kiprlə səfər görüşü sentyabrın 8-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button