“Bu, yoldaşlıq deyil, qardaşlıq oyunudur” – Qara Qarayev

Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev sabah Türkiyə ilə qarşılaşacaqları yoxlama oyunundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “TRT Spor”a danışan Qarayev, matçla bağlı bunları deyib:

“Artıq neçənci səfərimizdir ki, Türkiyəyə gəlirik. Bunun üçün Türkiyə Futbol Federasiyasına, azarkeşlərə təşəkkür edirəm. Bu, yoldaşlıq deyil, qardaşlıq oyunudur. Nəticə nə olur olsun, itirəcək bir şeyimiz yoxdur. İstər biz qazanaq, istər Türkiyə. Nəticədə biz qazanacağıq. Stressiz oyunumuz olacaq. Bu oyun mənəvi bağlarımızı daha da gücləndirəcək. Sabah qardaşlıq matçı olacaq”.

Türkiyə – Azərbaycan matçı sabah, saat 21:00-da, Alanyadakı “Oba” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button