Azərbaycan – Macarıstan: Mətbuat konfransı və açıq məşqlərin vaxtı bilindi

AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də, saat 20:00-da, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Macarıstan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı məlum olub.

Komanda.az xəbər verir ki, əvvəlcə Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç jurnalistlərin qarşısına çıxacaq. Xorvat mütəxəssisin mətbuat konfransı iyunun 7-də, saat 18:00-da keçiriləcək:

7 iyun

Azərbaycan milli komandası
Saat 18:00. Mətbuat konfransı
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Macarıstan milli komandası
Saat 19:15. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi 8-ci km stadionunda təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button