Azərbaycan kubokunun qalibi bəlli oldu

Bu gün Binə stadionunda Yüksək qızlar Liqasında iştirak edən komandalar arasında təşkil olunmuş Azərbaycan kubokunun final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, həlledici görüşdə “Uğur” (Sumqayıt) və 8№-li İOEUGİM (Bakı) komandaları qarşılaşıb. 2:1 hesabı ilə qələbə qazanan “Uğur” Azərbaycan kubokunun qalibi olub.

Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın Qadın Liqaları şöbəsinin rəhbəri Emin Cəfərov, Azərbaycan milli komandasının keçmiş üzvü Zaur Ramazanov və “Uğur” komandasının rəhbəri Vasif Maşayev təqdim ediblər.

8 №-li İOEUGİM-in oyunçusu Həqiqət Qasımova “Feyr pley” mükafatına layiq görülüb. “Uğur” komandasının üzvləri Aysun Əliyeva turnirin ən yaxşı futbolçusu, Aytac Şərifova isə ən yaxşı qapıçısı seçilib. Bombardir Vüsalə Seyfəddinova (“Uğur”) olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button