Azərbaycan kubokunda yeni rekord

Azərbaycan kubokunda son 20 mövsümün qol rekordu qeydə alınıb.

Komanda.az xəbər verir ki, komandalar 1/8 final mərhələsinin 8 oyununda 36 qol vurmaqla buna nail olublar.

Bu məhsuldarlıq mərhələnin 8 matçı üçün turnir tarixində ikinci göstəricidir. 1/8 finalın iki matçdan ibarət olduğu illərdə ilk oyunlar və cavab görüşlərinin məhsuldarlığı ayrı hesablanır. Yalnız bir dəfə 1/8 finalın 8 qarşılaşmasında daha çox qol olub. 2003/2004 mövsümünün ilk oyunlarında 37 qol vurulub. Sonrakı 20 mövsümün mütləq rekordu isə cari turnirə təsadüf edib.

Mövsümün ümumi məhsuldarlığı da yüksək olması ilə seçilir. Təsnifat mərhələləri və 1/8 finaldan sonra ümumilikdə 94 qol qeydə alınıb. Bu, son 15 mövsüm üçün mütləq rekorddur. Axırıncı dəfə 2008/2009 mövsümündə daha çox qol vurulub. Həmin vaxt futbolçular 95 dəfə fərqləniblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button