Azərbaycan kuboku: “Şamaxı” və “İmişli” 1/8 finalda

Futbol üzrə Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Şamaxı” “Zaqatala”nı, “İmişli” isə “Mingəçevir”i minimal hesabla məğlub edərək 1/8 finala yüksəlib.

Azərbaycan kuboku, 2-ci təsnifat mərhələsi

30 noyabr

13:30. Zaqatala – Şamaxı 0:1
Qol: 
Emin Zamanov, 18
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu 

13:30. İmişli – Mingəçevir 1:0
Qol: 
Həzrət İsayev, 87 (pen)
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
İmişli şəhər stadionu 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button