Azərbaycan kuboku keçiriləcək – stend atıcılığı üzrə

Mayın 12-də stend atıcılığı üzrə Azərbaycan kubokuna start veriləcək.

Federasiyanın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində 3 gün davam edəcək turnir stend atıcılığının səngər və dairəvi növlərində – kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçiriləcək.

Yarışda ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 50 idmançı iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button