Azərbaycan klubunun maaşlarını ala bilməyən 4 futbolçusu “üsyan” etdi

İkinci Liqada çıxış edən “Sheki City” komandasında işlər yaxşı deyil. Yox, komandanın çempionatda vəziyyəti elə də pis görünmür. “Sheki City” 11 turdan sonra 22 xalla 4-cü pillədə qərarlaşıb. Məsələ komandanın maliyyə vəziyyəti ilə bağlıdır.

Komanda.az-ın əldə etdiyi məlumata görə, Şəki təmsilçisinin 4 futbolçusu 3 aydır ala bilmədikləri maaşa görə məhkəməyə üz tutub. Həmin futbolçuların adları açıqlanmır.

“Sheki City” rəhbərliyinin hansı addımları atacağı da məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button