Tokio-2020: Azərbaycan karateçisi uduzdu

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Sofya Berultseva ilə üz-üzə gəlib. Görüş İrinanın 4:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan karateçisi bundan əvvəlki iki görüşündə qələbə qazanıb. O, qrupda sonuncu qarşılaşmasını Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button