Tokio-2020: İrina Zaretska qələbə ilə başladı

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Komanda.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə üz-üzə gəlib. Görüş İrinanın 4:1 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan karateçisi növbəti görüşünü İtaliya təmsilçisi Silviya Semeraroya qarşı keçirəcək.

Qrupda ilk 2 yeri tutan idmançılar yarımfinala yüksəlir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button