Azərbaycan idmançıları Tbilisidə 2 qızıl medal qazandı

Azərbaycan idmançıları Rövşən Xəlilov və Aydın Hümbətov Gürcüstanda keçirilən stronqmen üzrə Tbilisi Beynəlxalq Qran-Prisində qızıl medal qazanıblar.

Komanda.az xəbər verir ki, Xəlilov 80 kq-da , Hümbətov isə 105 kiloqramdan yuxarı çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, R.Xəlilov dünya və Avropa, A.Hümbətov isə Azərbaycan çempionudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button