Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin sədri Komanda.az-ın qonağı oldu – FOTO

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin (AİJ İB) sədri Azər İsmayıl Komanda.az saytının qonağı olub.

Görüşdə AİJ İB-nin sədri ilə Komanda.az saytının baş redaktoru Rəşad Ergün idman jurnalistikasının problemləri, bu istiqamətdə nəzərdə tutulan işlər, gələcək planlar barədə müzakirə aparıb.

Azər İsmayılla sayt rəhbərinin görüşündə müvafiq istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq təklifləri səsləndirilib. Eyni zamanda, ortaq layihələrin həyata keçirilməsi perspektivləri də müzakirə olunan məsələlər arasında olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button