Azərbaycan gimnastından Almaniyada gümüş medal

Azərbaycanın bədii gimnastı Alina Məmmədova Almaniyanın Leverkuzen şəhərində keçirilən “4-cü Qış Kuboku” yarışlarında gümüş medal qazana bilib.

Komanda.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi “feysbuk” səhifəsinə istinadən xəbər verir ki, idmançı topla hərəkətlərdə ikinci yeri tutub.

Turnirdə Leyli Ağazadə və Fidan Aladinova da mübarizə aparır. “4-cü Qış Kuboku” dekabrın 12-də bitəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button