Azərbaycan futzal çempionatlarında transfer pəncərəsinin vaxtı uzadılıb

Futzal üzrə Yüksək və Birinci Liqalarda yay transfer pəncərəsinin vaxtı uzadılıb.

Komanda.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iştirakçı komandalar transfer etdikləri oyunçuları əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 19-na qədər deyil, ayın 30-u saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.

Yüksək Liqanın startı sentyabrın 26-na, Birinci Liqanın başlama tarixi isə oktyabrın 1-nə nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button