Azərbaycan Premyer Liqasında ən çox hansı ölkədən legionerlər var?

2021/2022 mövsümündə Azərbaycan Premyer Liqasında 206 futbolçu və 39 məşqçi qeydiyyata alınıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın 2022-ci ilə aid hesabatında bildirilir.

Bu oyunçuların 123-ü azərbaycanlı, 83-ü isə legioner olub. 36 ölkədən olan əcnəbilərdən 13-ü Braziliya, 9-u Rusiya, 6-sı İspaniya vətəndaşı olub. Fransa və Gürcüstanı 5 oyunçu təmsil edib.

Birinci divizionda isə 334 futbolçu qeydiyyata alınıb. Onlardan 322-si Azərbaycan, 3-ü Rusiya, 2-si İran, Ukrayna, Nigeriya, 1-i isə Gürcüstan, Almaniya və Qana vətəndaşıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button