Azərbaycan cüdoçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Komanda.az xəbər verir ki, 1/4 finalda Jombor Veqə (Macarıstan) qalib gələn təmsilçimiz növbəti raunda adlayıb.

Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.

Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button