Azərbaycan cüdoçuları Çexiyada təlim-məşq toplanışında

Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə Azərbaycan milli komandasının üzvləri hazırda Çexiyadadı.

Komanda.az xəbər verir ki, Çex Respublikasının Nimburk şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında aparıcı cüdoçularımız iştirak edirlər. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb.

Qeyd edək ki, cüdoçularımız mart aprel aylarında Tbilisi və Antalya Qran-Prisində mübarizə aparacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button