Azərbaycan çempionu qələbə qazandı – Qrup lideri oldu

Minifutbol üzrə Azərbaycan çempionu “Beerbaşa” komandası EMF Çempionlar Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, “Beerbaşa” Rumıniyanın AEK (Oradya) komandasını 4:0 hesabı ilə məğlub edib. Qolları Elvin Əlizadə, Əyyub Əfəndiyev, Cəfər Cəfərov və Namiq Səmədov vurub.

Bununla da, komanda 6 xalla B qrupunun lideri olub.

“Beerbaşa” ilk turda Çexiyanın “La Plate de Kunde” komandasına 1:2 uduzub. Azərbaycan çempionu daha sonra Bolqarıstanın “DXC Texnoloci” komandasını 5:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button