Azərbaycan çempionatında pley-offun iştirakçıları bəlli oldu

Bu gün kişi voleybolçular arasında Azərbaycan birinci liqasında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, baş tutan qarşılaşmalarla 2-ci dövrəyə yekun vurulub və pley-offa yüksələn klubların adlarına aydınlıq gəlib.

“Təhsil”lə oyuna gəlmədiyi üçün “Taleh-A.T” komandasına isə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Birinci liqa, 10-cu tur

27 mart

Əlincə – Murov-2 1:3 (25:22, 18:25, 21:25, 16:25)
Təhsil – Taleh-A.T +:-
Masallı – Aura 3:0 (25:8, 25:14, 25:19)
Azərbaycan Ali Hərbi Məktəbi – Veteranlar 3:0 (25:14, 25:15, 25:18)

Turnir cədvəli:
A qrupu : “Təhsil” – 23 xal, “Murov-2” – 15, “Taleh-A.T” – 12, “Əlincə” – 7, “Həvəskarlar” – 2.

B qrupu: “Azərbaycan Ali Hərbi Məktəbi” – 20 xal, “Masallı” – 19, “Ryuqa” – 12, “Veteranlar” – 9, “Aura” – 0.

Pley-off mərhələsinin oyunları aprelin 3-da olacaq. A qrupunda birinci olan “Təhsil“ B qrupunun ikincisi “Masallı” ilə, A qrupunun ikincisi “Murov-2” isə B qrupunun birinci “Azərbaycan Ali Hərbi Məktəbi” ilə qarşılaşacaq. Qaliblər aprelin 10-da finalda üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button