Azərbaycan C liqasında – UEFA Millətlər Liqası

UEFA Millətlər Liqasının formatını dəyişib.

Komanda.az xəbər verir ki, 2020-21 mövsümündə ilk üç – A, B, C divizionunun hərəsində 16 komanda mübarizə aparacaq.

D divizionunda isə ən zəif 7 yığma çıxış edəcək.

Hərçənd 2018-19 mövsümündə ilk iki liqanın hərəsində 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmışdı.

Bu islahatlar Azərbaycan yığmasına da təsir edib. Millimiz D liqasında çıxış edib, qrupunda 2-ci olduğu üçün yenidən həmin divizionda çıxış etməliydi. Lakin islahatlar sayəsində millimiz C liqasına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button