Azərbaycan birinciliyinə start verildi

Stolüstü tennis üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinə start verilib.

Komanda.az xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən yarışda müxtəlif şəhər və rayonları təmsil edən 80-ə yaxın idmançı komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərirlər.

İlk günün qaliblərini təqdim edirik:

2004-2007-ci il təvəllüdlü qızlar: 1. Bakı, 2. Sumqayıt, 3. Şabran.

2004-2007-ci il təvəllüdlü oğlanlar: 1. Bakı-1, 2. Sumqayıt, 3. Şabran, Bakı-2.

2008 və kiçik təvəllüdlü qızlar: 1. Sumqayıt-1, 2. Sumqayıt-2, 3. Bakı-2, Bakı-1.

2008 və kiçik təvəllüdlü oğlanlar: 1. Bakı-1, 2. Şabran, 3. Sumqayıt-1, Bakı-2.

Azərbaycan birinciliyinə oktyabrın 21-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button