Azərbaycan atleti Estoniyada ikinci oldu

Azərbaycan atleti Anna Skidan Estoniyanın Yıhvi şəhərində dünya kontinental turu – bürünc səviyyədə keçirilən Heino Lipp memorialında ikinci yeri tutub.

Azərbaycan Atletika Federasiyasından Komanda.az-a verilən məlumata görə, 31 yaşlı idmançı beynəlxalq yarışda çəkic atma növündə gümüş medal qazanıb.

O, 68.67 metr göstərici ilə buna nail olub. Skidan yalnız Ukrayna atleti İrina Klimetsdən geri qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button