“Azərreyl” “Neftçi”yə uduzdu

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Abşeron Olimpiya İdman Kompleksində üz-üzə gələn “Gənclər” və “Ordu” komandalarının duelində ikincilər 3:0 hesablı qələbəyə sevinib. Fövqəladə Hallar Nazirliyinin idman zalında isə “Neftçi” “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəlib.

15-ci tura fevralın 28-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button