
Azərbaycanlı taekvondoçu Romada bürünc medal qazandı
İtaliyanın Roma şəhərində keçirilən taekvondo üzrə qran-pri turnirində Azərbaycan millisinin üzvü Qaşim Maqomedov (58 kq) bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, Maqomedov medal yolunda italiyalı, yunanıstanlı və çinli rəqiblərini mübarizədən kənarlaşdırıb.
İdmançımız turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət almışdı. Qran-pri seriyası dünya taekvondosunun ən nüfuzlu yarışlarından biri hesab olunur və burada qazanılan nəticələr idmançılara həm dünya reytinqi, həm də Olimpiya təsnifatı xalları qazandırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


