Azərbaycanlı hücumçudan “Şalke”də daha bir qol

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Köln”ün ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:0.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da Dadaşov vurub. O, 29-cu dəqiqədə hesabı açmaqla bu mövsüm vurduğu qolların sayını 7-yə çatdırıb.

“Şalke”nin ikinci komandası 19 turdan sonra 30 xalla 18 kollektiv arasında 5-cidir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button