Futbol hakimləri Salyana yığışdı

Salyan rayonunda Salyan, Sabirabad, Cəlilabad, Beyləqan, Kürdəmir və Lənkəran rayonlarını təmsil edən hakimlər üçün seminar keçirilib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, seminarda Hakimlər Komitəsinin üzvü Anar Salmanov, komitənin əməkdaşları Ceyhun Haşımov və Orxan Məmmədov iştirak ediblər.

Analoji seminarların davamlı olaraq və müxtəlif bölgələrdə təşkil olunması nəzərdə tutulub.