Azərbaycanlı hakimlər Avroliqa matçında

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) matçını Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.

Komanda.az xəbər verir ki, Çimkənddəki görüşün baş hakimi FİFA referisi Rauf Cabarov olacaq.

Ona yan xətt hakimləri Namiq Hüseynovla Elşad Abdullayev kömək edəcək. Kamal Umudlu isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Kajımukan Munaitpasov adına stadionda baş tutacaq oyuna yerli vaxtla saat 20:00-da start veriləcək.

Qeyd edək ki, “Ordabası”nın baş məşqçisi Azərbaycanda “Standard” və “İnter”də çalışmış gürcü Kaxaber Tsxadadzedir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button