Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat aldı

Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

Komanda.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının “Borats” (Bosniya və Herseqovina) – “B-36 Torshavn” (Farer adaları) matçını idarə edəcək.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq oyun Bosniya və Herseqovinada keçiriləcək. İyulun 7-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.