
Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının A divizionunun oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Ruslan Xalıqov karyerasında ilk dəfə 16 yaşadək qızlar arasında keçirilən Avropa çempionatının A divizionunun 1/4 final mərhələsinin oyununa təyinat alıb.
Bu barədə Komanda.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Ədalət təmsilçisi bu gün Rumıniyanın Piteşti şəhərində keçiriləcək İspaniya – Fransa matçını idarə edəcək.
Qarşılaşma saat 14:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



