Azərbaycan millisinin keçmiş futbolçusunun yeni klubu məlum oldu

Son olaraq “Boluspor”da forma geyinən Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budakın yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, geridə qalan mövsüm başa çatdıqdan sonra “Boluspor”dan ayrılan 29 yaşlı müdafiəçi, Türkiyənin 1-ci liqasında mübarizə aparan “Altınordu”ya transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Ufuk Türkiyədə “Əskişəhərspor”, “Qaziantep”, “Kayserispor”, “Manisaspor”, “Samsunspor” kimi klublarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button