Azərbaycanlı futbolçuların komandası mövsümü məğlubiyyətlə bitirdi

Futbol üzrə Ukrayna Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən komanda 26-cı tur çərçivəsində doğma meydanda Poltava “Vorskla”sı ilə qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Aldığı ağır zədə səbəbindən mövsümü erkən başa vuran Nuriyev bu görüşün iştirakçısı olmayıb. Rüstəm isə start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. O, 60-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Minay” 26 oyuna topladığı 18 xalla 14 kollektiv arasında sonuncu yeri tutub. Bu komanda növbəti mövsümdən aşağı liqada mübarizə aparmalı olacaq.