Azərbaycanlı futbolçu Nepal klubu ilə razılaşdı

Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını Nepalda davam etdirəcək.

Komanda.az xəbər verir ki, 28 yaşlı hücumçu “Maçxindira” klubu ilə razılaşıb. Novruzov mövsümün sonuna qədər Nepal klubunda çıxış edəcək.

Novruzov karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, “Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto”, Estoniyada “Narva Trans” kimi klublarda forma geyinib.